Azərbaycan Xəzərdə üzən gəmilərdə ciddi nöqsanlar aşkar edib
İnfrastruktur
- 16 aprel, 2015
- 06:59
Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyası bu ilin yanvar-mart aylarında Xəzər dənizində 41 gəmi yoxlayıb. Yoxlanılan gəmilərin hər birində pozuntular qeydə alınıb.
"Report"a daxil olan məlumata görə, yoxlamalar zamanı Xəzərdəki gəmilərdə texniki və xilasedici vasitələrin yararsız olması, onların istifadə müddətinin bitməsi, düzgün istifadə edilməməsi, tələblərə uyğun olmaması halları aşkar edilib.
Bundan başqa, son 8 ayda Xəzərdə İran və Rusiyaya məxsus ümumilikdə 35 gəmidə yoxlama işləri aparılıb. Bu gəmilərin ancaq 2-si istisna olmaqla, digərlərində müxtəlif nöqsanlar aşkar olunub və müvafiq aktlar tərtib edilib. Pozuntular əsasən İran gəmilərində aşkarlanıb.
Son xəbərlər
23:51
Türkiyə və HƏMAS arasında Qəzza ilə bağlı danışıqlar aparılıb
Region23:45
Nəriman Axundzadə karyerasını Türkiyə Superliqasında davam etdirəcək
Futbol23:38
Almaniya ordusunun xüsusi bölməsi Litva-Belarus sərhədində yerləşdirilib
Digər ölkələr23:26
Fransanın kiçik çaylarında suyun səviyyəsi rekord dərəcədə aşağı düşüb
Digər ölkələr23:14
Rezai: ABŞ ordusu İrana qarşı quru əməliyyatına hazırlaşırdı
Region22:55
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
Digər ölkələr22:48
Füzulidə açıq ərazidə yanğın baş verib
Hadisə22:40
"Fiorentina" "Yuventus"un futbolçusu Joau Mariunu heyətinə qatıb
Futbol22:29