Azərbaycan və Türkmənistan iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edib
- 19 may, 2026
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Türkmənistan arasında iqtisadi tərəfdaşlığın inkişafını müzakirə edilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu ölkəmizdə qarşılayıb.
İki ölkə arasında investisiya, nəqliyyat-logistika, tranzit daşımaları sahəsində əməkdaşlığın müsbət nəticələrini, ticarət, enerji və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi məsələlərini müzakirə edilib.
Ümumdünya Şəhərsalma Forumu (WUF13) (@WUF13Azerbaijan) çərçivəsində Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazovu ölkəmizdə qarşılamaqdan məmnun olduq.#Azərbaycan - #Türkmənistan #iqtisadi tərəfdaşlığının… pic.twitter.com/v5luTX7b7I
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 19, 2026