Azərbaycan Türkiyənin COP31-ə ev sahibliyi namizədliyini alqışlayır
İnfrastruktur
- 04 sentyabr, 2025
- 16:33
Azərbaycan qardaş Türkiyənin 2026-cı ildə COP31-ə ev sahibliyi üçün namizədliyini irəli sürməsini böyük məmnuniyyətlə alqışlayır.
"Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.
O xatırladıb ki, Türkiyənin iqlim gündəliyinə verdiyi töhfələr, qəbul etdiyi mühüm qərarlar və regional liderliyi bu məsuliyyətli rolu uğurla həyata keçirə biləcəyinə olan inamı artırır.
"COP29 sədrliyi olaraq biz bu yolda Türkiyəyə uğurlar arzulayırıq", - deyə M. Babayev vurğulayıb.
Son xəbərlər
19:55
Türkiyədə aktyor evində ölü tapılıb
Region19:50
"Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb
Region19:36
Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib
Digər ölkələr19:24
ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib
Digər ölkələr19:19
Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub
Fərdi19:05
Seymur Səfərli: Giləmeyvə istehsalının daha da genişləndirilməsi prioritetlərdən biridir
ASK18:56
"Alufar IRONMAN 70.3 Baku" yarışı ilə əlaqədar Bakıda idman bayramı yaşanıb
Fərdi18:50
Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
Hadisə18:47
Foto