Azərbaycan nəqliyyat vasitələrinin hissələrinin idxalına çəkdiyi xərci 35% artırıb

İnfrastruktur
  • 15 iyun, 2019
  • 13:03
Azərbaycan nəqliyyat vasitələrinin hissələrinin idxalına çəkdiyi xərci 35% artırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 451,974 mln. ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 117,519 mln. dollar (35,1%) çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 7,75%-ni təşkil edib.