"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasından gəlirini 8% artırıb

İnfrastruktur
  • 05 mart, 2018
  • 11:30
Azərbaycan Dəmir Yolları sərnişin daşınmasından gəlirini 8% artırıb
Report.az

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC 2017-ci ildə daxili imkanları hesabına 4 ədəd TEM-2 seriyalı manevr teplovozu alıb. 

"Report"un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir. 

Sənədə əsasən, dövlət şirkəti ötən il yük daşınmasından 265,1 mln. manat, sərnişin daşınmasından isə 14,2 mln. manat gəlir əldə edib. Bu isə 2016-cı illə müqayisədə 0,5% və 7,6% çoxdur. 

"Ötən il xarici investisiyalar hesabına maliyyələşdirilən layihələr çərçivəsində dəmir yollarının inkişafına 548,45 mln. manat investisiya yönəldilib. Bakı-Böyük Kəsik sahəsində 227,6 km yol əsaslı təmir edilib", - deyə hesabatda qeyd olunub.