Azərbaycan "ağıllı yaşayış məntəqələri" konsepsiyasını WUF14-ə çıxarmağı planlaşdırır
- 19 may, 2026
- 13:40
Azərbaycan tərəfi COP29-un irs komandası kimi çıxış edərək, qaçqınlar üçün "ağıllı yaşayış məntəqələri" konsepsiyasına dəstəyi təşviq etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında bildirib.
"Məsələn, qarşıdan gələn Bakı İqlim Həftəsində, eləcə də COP31-ə qədər olan digər təmaslar vasitəsilə, WUF14-ə qədər bu təşəbbüsün əmtəə nişanı ilə yanaşı, rəhbər prinsipləri də tam formalaşdırılsın.
Biz gözləyirik ki, bu gün üzərində işlədiyimiz təşəbbüs Bakı habının uğurlu təcrübəsini təkrarlayacaq və növbəti WUF-da biz konkret uğurlu nümunələri müzakirə edə biləcəyik", - E. İsgəndərov vurğulayıb.