Mülki aviasiya işçiləri peşə bayramı ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər

İnfrastruktur
  • 02 iyun, 2025
  • 12:15
Mülki aviasiya işçiləri peşə bayramı ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər

2 İyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və mülki aviasiya işçiləri Fəxri xiyabanı ziyarət ediblər.

“Report” AZAL-a istinadən xəbər verir ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Həmçinin Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.

44 - Tezliklə