AZAL ixrac gəlirlərini 13 % artırıb

İnfrastruktur
  • 29 oktyabr, 2021
  • 12:45
AZAL ixrac gəlirlərini 13 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 6,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 % və yaxud 700 min dollar çoxdur.

1 il bundan əvvəl AZAL 5,4 milyon dolları dəyərində xidmət ixrac edib.