AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

İnfrastruktur
  • 15 oktyabr, 2022
  • 12:01
AZAL-ın İstanbul-Bakı reysi ilə uçan təyyarəsi texniki səbəbdən hava limanına qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə “Report”a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.

44 filmi