​AZAL ilk Avropa Oyunlarına gələnlər üçün biletləri 50% ucuzlaşdırıb

İnfrastruktur
  • 09 iyun, 2015
  • 11:50
​AZAL ilk Avropa Oyunlarına gələnlər üçün biletləri 50% ucuzlaşdırıb

Bakı. 9 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC iyunun 12-28-də ölkədə keçiriləcək I Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyaya başladığını elan edir. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, xarici ölkə vətəndaşları "Bakı 2015" I Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək AZAL şirkətinin bütün aviareyslərinə biletləri 50% endirimlə əldə edə bilərlər.

Xatırladaq ki, hər il Azərbaycandan 38 ölkəyə 16 mindən çox beynəlxalq reys həyata keçirilir.

AZAL-ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində - London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (İtaliya), Barselona (İspaniya), Praqa (Çexiya), Nyu-York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və İstanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (İran), Tel-Əviv (İsrail), Moskva, Sankt-Peterburq, Astraxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijniy Novqorod, Novosibirsk, Perm və Rostov-Don (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.

44 - Tezliklə