​AZAL daxili marşrutlar üzrə uçuşların sayını artırıb

İnfrastruktur
  • 19 aprel, 2016
  • 05:51
​AZAL daxili marşrutlar üzrə uçuşların sayını artırıb

Bakı. 19 aprel. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəlini açıqlayıb.

AZAL-ın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən etibarən həftədə 4 dəfəyə kimi artırılacaq. Bundan sonra bu istiqamət üzrə reyslər bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, mayın 15-dən etibarən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfəyə kimi artırılacaq. Bu marşrut üzrə uçuşlar bazar ertəsi, çərşənbə, cümə və bazar günləri icra olunacaq. 

Sözügedən marşrutlar üzrə reyslər "Embraer E-170/E-190" laynerləri ilə həyata keçirilir.

Xatırladaq ki, Bakı-Gəncə reysi üzrə aviabiletin qiyməti 30 manatdan 56 manata kimi (aviabiletin alınma vaxtından və reysdə yerlərin dolmasından asılı olaraq), Gəncədən Naxçıvana isə 60 manat məbləğində müəyyən olunub. 

44 - Tezliklə