Avropa Komissiyası: Məlumatlar gələcəkdə dayanıqlı, açıq və pulsuz olmalıdır

İnfrastruktur
  • 20 may, 2026
  • 10:14
Avropa Komissiyası: Məlumatlar gələcəkdə dayanıqlı, açıq və pulsuz olmalıdır

Avropa Komissiyasının nöqteyi-nəzərindən məlumatlar gələcəkdə dayanıqlı, açıq və pulsuz olmalıdır.

"Report" xəbər verir ki, bunu Komissiyanın Fövqəladə halların riskinin idarə edilməsi bölməsinin rəhbəri Tom De Groeve Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Davamlı şəhər böyüməsi üçün geoməkan kəşfiyyatı: mənzil tikintisinin iqtisadi potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Avropa Komissiyası və Avropa Kosmik Agentliyinin idarə etdiyi "Kopernik" proqramı xüsusi əhəmiyyət daşıyır: "Həmin proqramın məqsədi məhz peyk məlumatları əsasında ictimai istifadə üçün xidmət təqdim etməkdir. Avropa Komissiyasının bir hissəsi olan Birgə Tədqiqat Mərkəzində biz bu xidmətlərdən birini - fəlakətlər kontekstində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Edilməsi Xidmətini həyata keçiririk. Burada müzakirə olunan şəhər məlumatları üzrə iş həmin xidmətin çərçivəsinə daxildir və biz çalışırıq ki, məlumatlar yetkin hala gəldikdə və güclü istifadəçi icması olduqda, onları "Kopernik" proqramı çərçivəsində dayanıqlı xidmət kimi təmin edək. Biz nəyin işlədiyini və nəyin vacib olduğunu diqqətlə müşahidə edirik, çünki bu, keyfiyyətli iş üçün son məqsədi təmsil edir və bundan sonra biz ideyanı irəli sürüb onu əməliyyat səviyyəsinə çatdırmağa çalışa bilərik. Konteksti anlamaq üçün siyasət üçün məlumatlar və onların əməliyyat aspektləri çox vacibdir".

Qonaq əlavə edib ki, məlumatlar qərarların qəbulunda əsas rol oynayır: "Bizim üçün bu, prinsipial əhəmiyyət daşıyır, çünki biz tədqiqat təşkilatı olaraq yalnız məlumat istehsal etmirik, həm də onları siyasətin formalaşdırılması üçün faydalı etmək mandatımız var. Siyasət üçün elm və siyasət üçün məlumat missiyamızın əsasını təşkil edir".

44 - Tezliklə