Astarada kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib

İnfrastruktur
  • 08 avqust, 2025
  • 10:20
Astarada kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Astara şəhərində kanalizasiya sisteminin yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "T.T.Ş.-İnşaat" MMC-dir.

Qalib şirkətə 41 milyon 495 min manat ödəniləcək.