ASCO-nun işçiləri bu ilin III rübündə 3 milyon saatdan çox işləyib

İnfrastruktur
  • 09 dekabr, 2020
  • 08:32
ASCO-nun işçiləri bu ilin III rübündə 3 milyon saatdan çox işləyib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu ilin III rübünün Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitinin Mühafizəsi hesabatını açıqlayıb.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Hesabatda rüb ərzində təhlükəsizlik xəbərləri, təhlükəsizlik videoları, baş vermiş qəza və hadisələr, tibbi hesabat, KSƏTƏMM statistikası, xarici və daxili auditlər, monitorinqlər, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ekologiya üzrə ümumi nöqsanlar, ətraf mühitin mühafizəsi üzrə məlumatlar, I, II rüblər üzrə çatışmazlıqların müqayisəsi, III rübdə Təhlükəsizliyin Keyfiyyət idarəetmə sisteminə edilmiş dəyişikliklər, hazırlanmış Təhlükəsizlik bülletenləri, SƏTƏMM üzrə keçirilmiş t əlimlər və sair kimi məsələlər haqqında ətraflı məlumat yer alıb.

Qeyd olunub ki, rüb ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatların miqdarı 3 042 570 saat təşkil edib.

Hesabatda koronavariusla əlaqədar tətbiq olunan karanatin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub, qarşıdakı hədəflər barədə geniş məlumat verilib.

Sənəddə bildirilib ki, rüb ərzində əmək fəaliyyəti zamanı bütün SƏTƏMM qaydalarına əməl edən Zığ “Gəmi Təmiri və Tikintisi Zavodunun Mexaniki Təmir Bölməsinin takelajçısı Samid Məmmədova mükafat kartı təqdim olunub.