ASCO-nun "Balakən" gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb

İnfrastruktur
  • 17 fevral, 2026
  • 10:28
ASCO-nun Balakən gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb

"Azərbaycan Xəzər Dəniz Gəmişiliyi" QSC-nin (ASCO) "Balakən" gəmi-bərəsinin təmiri yekunlaşıb.

"Report" ASCO-ya istinadən xəbər verir ki, təmir prosesi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib. Proses çərçivəsində gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrik işləri yerinə yetirilib, buxar qazanı və sukeçirməyən qapılar yenilənib.

Bundan başqa, göyərtə kranlarının mexaniki və elektrik hissələri, heyətin yaşayış və xidməti otaqları təmir olunub.

Həmçinin bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat boya ilə rənglənib.

Təmir başa çatdıqdan sonra "Balakən" gəmi-bərəsi Qazaxıstanın Kurık limanı istiqamətində ilk səfərinə çıxıb.

Uzunluğu 154,8, eni 17,5 metr olan "Balakən" gəmi-bərəsinin maksimal sürəti 12,5 düyün, dedveyti isə 5 400 ton təşkil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti