ASCO gəmiləri ilə maye və quru yük daşımaları 17 % artıb
İnfrastruktur
- 12 noyabr, 2025
- 15:10
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tanker və universal quru yük gəmiləri ilə bu ilin yanvar–oktyabr aylarında ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.
"Report" ASCO-ya istinadən xəbər verir ki, daşımaların 3 milyon 714 min 677 tonu tanker gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri ilə həyata keçirilib.
Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon 410 min 939 ton və 724 min 627 ton təşkil etmişdi. Beləliklə, maye yük daşımalarında 8,9 %, quru yük daşımalarında isə 55,1 % artım qeydə alınıb.
Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17 % artıb.
Son xəbərlər
10:11
FAKTİKİ HAVA: Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb
Ekologiya09:56
Foto
Azərbaycan idmançıları "Mikheil Khergiani Cup 2026" turnirinin final mərhələsinə yüksəliblər
Fərdi09:35
AZAL: Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur
İnfrastruktur09:33
Bruklində atışma zamanı dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb
Digər ölkələr09:05
Xaçmaz rayonunda zəlzələ olub
Hadisə09:00
Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
Komanda08:50
Əraqçi "Hizbullah" və HƏMAS üzvləri ilə görüşüb
Region08:24
AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Digər ölkələr08:01