Araz çayı sahilində yeni su müşahidə məntəqələri qurulacaq
- 12 sentyabr, 2025
- 13:21

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Araz çayının sahilində əsində su ehtiyatlarının monitorinqi üçün yeni müşahidə məntəqələrinin yaradılması planlaşdırılır.
Buna "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr uçot və reyestr şöbəsinin müdürü Rafiq Verdiyev deyib.
R. Verdiyev bildirib ki, Araz sahəsi İranla sərhəd olduğundan bir neçə stansiya birgə bərpa edilib və müvafiq komissiyanın qərarına əsasən, gələcəkdə əlavə stansiyaların da quraşdırılması planlaşdırılır.
O əlavə edib ki, Araz çayının Qarabağdakı sahəsi bölgənin su ehtiyatlarının səmərəli istifadəsində mühüm rol oynayır:
"Bu stansiyalar vasitəsilə həm içməli su təminatı, həm də əkin sahələrinin suvarılması üçün məlumatların toplanması və idarə edilməsi mümkün olacaq".
R. Verdiyev qeyd edib ki, məntəqələnin fəaliyyəti su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələrinə adaptasiya tədbirlərinin effektivliyinin qiymətləndirilməsi üçün mühüm rol oynayacaq.
Onun sözlərinə görə, Azərbaycanda çayların rejiminin və su ehtiyaclarının qiymətləndirilməsi üçün yaradılan 148 məntəqədən 40-ı artıq avtomatlaşdırılmış məlumat yığımı həyata keçirir.
"148 məntəqədən 64-ü hələ tam işə qoşulmayıb, lakin onların avadanlaşdırılması üçün işlər aparılır. İşğaldan azad edilən Qarabağ bölgəsində artıq 12-13 yeni müşahidə məntəqəsi qurulub, Araz sahilində isə əlavə məntəqələrin yaradılması planlaşdırılır".