Naxçıvanda iki nasos stansiyası yenidən qurulur

İnfrastruktur
  • 03 noyabr, 2025
  • 16:21
Naxçıvanda iki nasos stansiyası yenidən qurulur

Naxçıvan Muxtar Respublikasındakı "Araz-1" və "Araz-2" nasos stansiyaları yenidən qurulur.

"Report"un yerli bürosu xəbər verir ki, mənbəyi Araz çayı olan stansiyalar vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərinin torpaq sahələri suvarılır.

Nasos stansiyaları uzun illərdir ki, fəaliyyət göstərir. Buna görə də, stansiyaların təzyiqli boru xətləri zamanla korroziyaya uğrayaraq yararsız vəziyyətə düşüb və istismar müddətini başa vurub. Nəticədə il ərzində yüzlərlə qəza halı qeydə alınır. Həmin qəzaların aradan qaldırılması, boruların təmir-bərpası prosesi işin gedişatını xeyli ləngidir. Bu da öz növbəsində suvarma prosesində fasilələrin yaranmasına səbəb olur.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrasına uyğun olaraq nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması işlərinə başlanılıb. Layihəyə əsasən, nasos aqreqatları yenilənərək gücü artırılır və təzyiqli boruların diametri böyüdülür.

Bunun nəticəsində suyun sərfi saniyədə 1,4 kubmetrdən 2,5 kubmetrə çatdırılır. Layihənin icrası tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki 1 000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2 000 hektara yaxın suvarılan torpaq sahəsinin də su təminatı yaxşılaşdırılacaq.

Hazırda layihə üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti