BMT nümayəndəsi: Azərbaycan gələn il Dünya Şəhərsalma Forumu ilə qlobal məsələnin mərkəzi olacaq

İnfrastruktur
  • 05 noyabr, 2025
  • 18:41
BMT nümayəndəsi: Azərbaycan gələn il Dünya Şəhərsalma Forumu ilə qlobal məsələnin mərkəzi olacaq

Azərbaycan 2026-cı ildə ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumu ilə yenidən qlobal məsələnin müzakirə olunduğu mərkəz olacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə missiya rəhbəri Anna Soave ADA Universitetində baş tutan "Baku Archifest 2025" memarlıq və şəhərsalma festivalında deyib.

Onun sözlərinə görə, dünyada aparılan tikinti və şəhərsalma məsələlərində həm də yaradıcılığa önəm verilməlidir:

"Müasir şəhərsalma iqlim kontekstində təhlükələr olduğunu göstərir. İqlim təhlükələrinə qarşı tikintinin nə dərəcədə dayanıqlı olması sual altındadır. Azərbaycan yenə də qlobal məsələnin mərkəzində olacaq. Yəni gələn il Dünya Şəhərsalma Forumunda dayanıqlıq müzakirə olunacaq. Başı üstündə damı olmayan insanlar üçün nələri etməli olacağımızı müzakirə edəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti