Anar Quliyev: "COP29-da qəbul edilən qərarlar WUF13-də mühüm müzakirələr yaradacaq"

İnfrastruktur
  • 01 oktyabr, 2025
  • 15:24
Anar Quliyev: COP29-da qəbul edilən qərarlar WUF13-də mühüm müzakirələr yaradacaq

COP29-da qəbul edilən qərarlar və tədbirlər gələn ilin mayında Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) zamanı mühüm müzakirələr yaradacaq.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) 3-cü günündə bildirib.

Onun sözlərinə görə, forumun mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" olacaq.

WUF BMT-nin 2001-ci ildə təsis etdiyi dayanıqlı urbanizasiya sahəsində aparıcı qlobal konfransdır. Bu, BMT-nin ən böyük qanunvericilik xarakteri daşımayan toplantısıdır, nüfuzlu qlobal platforma olaraq, dünya liderlərini, merləri, urbanistləri və özəl sektor nümayəndələrini bir araya gətirərək şəhərlərin gələcəyini formalaşdırır.

A. Quliyev xatırladıb ki, WUF13-ə hazırlıq çərçivəsində bu il 15-17 oktyabrda III Milli Şəhər Forumu keçiriləcək: "Azərbaycanın milli urban platforması kimi bu forum hökumət nümayəndələrini, şəhərləri, şəhərsalma mütəxəssislərini, memarları və akademik dairələri qlobal tendensiyaları müzakirə etmək və şəhər inkişafında ən yaxşı təcrübələri bölüşmək üçün bir araya gətirəcək. Forumun əsas mövzuları iqlimədavamlılıq və sağlam, inklüziv şəhərlərin təşviqi olacaq ki, bu da ədalətli və dayanıqlı urban gələcəyin qurulmasına dair ortaq öhdəliyimizi əks etdirir".

Son xəbərlər

Bütün Xəbər Lenti