ADB Özbəkistana hərtərəfli dəstəyi genişləndirmək niyyətindədir
- 03 may, 2026
- 17:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) Özbəkistana ən müxtəlif sahələrdə dəstəyini bundan sonra da genişləndirməkdə qəti qərarlıdır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə bankın prezidenti Masato Kanda ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasına həsr edilən mətbuat konfransında bildirib.
"Buna regional əməkdaşlıq və inteqrasiya daxildir. Əslində, Özbəkistan mənim indicə elan etdiyim iki təşəbbüsün ayrılmaz hissəsidir.
Panasiya elektrik şəbəkəsi və Asiya-Sakit okean rəqəmsal magistralı bu təşəbbüslərin hər ikisi həm Özbəkistan daxilində, həm də onun hüdudlarından kənarda enerji və rəqəmsal əlaqələri genişləndirməyə imkan verəcək", - o bildirib.
Kanda qeyd edib ki, əlaqələrin yaxşılaşdırılması biznes üçün imkanlar yaradaraq və ən ucqar bölgələrdəki insanlar üçün mühüm dövlət xidmətlərinə çıxışı təmin edərək bu problemlərin həllinə kömək göstərəcək.
"İnfrastruktur layihələri ilə yanaşı, ADB sosial müdafiəyə və insan kapitalının inkişafına birbaşa dəstəyini genişləndirəcək. ADB inklüziv, davamlı və sabit artımın dəstəklənməsinin bütün aspektlərində Özbəkistanla tərəfdaşlığı bundan sonra da möhkəmləndirəcək. Nəhayət, infrastruktur fəaliyyətimizin son dərəcə vacib hissəsidir, lakin bizim yekun missiyamız insanların, xüsusən də əhalinin ən yoxsul və həssas təbəqələrinin həyatını yaxşılaşdırmaqdır", - bankın rəhbəri əlavə edib.