Ağdamın azad edilmiş hissəsinin su təsərrüfatının bərpa layihəsi hazırlanacaq

İnfrastruktur
  • 27 noyabr, 2021
  • 05:45
Ağdamın azad edilmiş hissəsinin su təsərrüfatının bərpa layihəsi hazırlanacaq

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyəti Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.

İddiaçılar ilkin sənədləri yanvarın 5-i, saat 17:30-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə yanvarın 13-ü, saat 17:00-a qədər ASC-nin Bakı şəhəri, Moskva prospekti, 69A ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Telefon: (012) 431-08-64.

Təkliflərə yanvarın 14-ü, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-i tərəfindən həyata keçirilir.