Ağdamda mərkəzi xəstəxananın inşasının bitəcəyi vaxt açıqlanıb

İnfrastruktur
  • 24 dekabr, 2024
  • 10:38
Ağdamda mərkəzi xəstəxananın inşasının bitəcəyi vaxt açıqlanıb

Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpaylıq) tikintisinə II mərhələ çərçivəsində 19 milyon 469 min 946,1 manat vəsait sərf olunacaq.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Tikinti işlərini "UNİ KO" MMC aparacaq. O, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinin elan etdiyi tenderin qalibi olub.

Müqaviləyə əsasən, tikinti işlərinin 8 ay ərzində, yəni 2025-ci ilin avqustun 23-də yekunlaşdırılması planlaşdırılır.