ADY-nin sədri: "Astara Terminalının tikintisi gələn ilin I rübündə tamamlanacaq"

İnfrastruktur
  • 24 noyabr, 2025
  • 17:57
ADY-nin sədri: Astara Terminalının tikintisi gələn ilin I rübündə tamamlanacaq

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) İran ərazisində yerləşən Astara Terminalının tikintisini 2026-cı ilin birinci rübündə tamamlanmasını planlaşdırır.

"Report" xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə keçirtdiyi görüşdə bildirib.

Astara Terminalının layihələndirmə işlərinin 94 %-i, tikinti-quraşdırma işlərinin isə təqribən 82 %-i yekunlaşıb. Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, o cümlədən Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.

Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir.

ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti