ADY sərnişin qatarının qarşısına heyvan sürüsünün çıxması ilə bağlı məlumat yayıb

İnfrastruktur
  • 13 may, 2025
  • 19:45
ADY sərnişin qatarının qarşısına heyvan sürüsünün çıxması ilə bağlı məlumat yayıb

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarətsiz buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.

"Report"un Qərb bürosu xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin hadisə ilə bağlı açıqlamasında bildirilib.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.

Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur.

Qeyd edək ki, 37 baş xırdabuynuzlu heyvan 1993-cü il təvəllüdlü İbrahim Məmmədova məxsusdur. Hadisə nəticəsində qatara heç bir ziyan dəyməyib.