ADY: Regionlara gedən sərnişin qatarları Dərnəgüldə də dayanır

İnfrastruktur
  • 22 iyun, 2026
  • 12:36
ADY: Regionlara gedən sərnişin qatarları Dərnəgüldə də dayanır

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları Dərnəgüldə də dayanır.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

"Rayonlara getmək üçün artıq Bakı Dəmiryol Vağzalına və ya digər ən yaxın stansiyaya gəlməyə ehtiyac yoxdur", - deyə məlumatda qeyd olunub.