ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır

İnfrastruktur
  • 07 iyul, 2026
  • 15:43
ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır

Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reyslərinin açılması ilə bağlı işlər aparılmır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda yalnız bir qatar hərəkətdədir və həmin qatarın tərkibinə əlavə vaqonların qoşulması ilə bağlı işlər aparılır: "Tbilisi-dən Bakıya hərəkət edən qatara tələbat daha yüksəkdir. Azərbaycana daxil olmaq yalnız təyyarə və qatar yolu ilə olduğundan, Tbilisi-Bakı istiqaməti üzrə daha çox tələbat var".

A.Fərəcov qeyd edib ki, bu günə olan məlumata görə, yalnız Tbilisidən 6 000-dən yuxarı sərnişin artıq qatara minib və istifadə edib: "Bu göstərici Bakıdan 5 000 yuxarıdır".