ADSEA: Sel və daşqınlara qarşı mühüm strateji addımlar atılır

İnfrastruktur
  • 08 sentyabr, 2026
  • 11:40
ADSEA:  Sel və daşqınlara qarşı mühüm strateji addımlar atılır

Bakıda və ölkənin regionlarında sel və daşqınlara qarşı mühüm strateji addımlar atılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın 2-ci günündə bildirib.

"Son illərdə sel və daşqın hadisələrinin intensivliyinin artdığını hər birimiz müşahidə edirik. Formalaşan sel sularının idarə olunması məqsədilə bir sıra mühüm strateji addımlar atılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı elan edilib. Ümumilikdə, 346 kilometr uzunluğunda 12 yeni kanalizasiya kollektorunun tikintisi, mövcud infrastrukturun təmiri və bərpası, həmçinin yağış və tullantı suları sistemlərinin bir-birindən ayrılması nəzərdə tutulub", - deyə o qeyd edib.