ADSEA: Kənd təsərrüfatının inkişafı iqlim dəyişikliklərinə uyğunlaşdırılır

İnfrastruktur
  • 22 iyun, 2026
  • 12:39
ADSEA:  Kənd təsərrüfatının inkişafı iqlim dəyişikliklərinə uyğunlaşdırılır

Kənd təsərrüfatının inkişafı iqlim dəyişikliklərinə uyğunlaşdırılır.

"Report"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

"Bu gün qarşımızda duran əsas vəzifə kənd təsərrüfatını iqlim dəyişikliyinə davamlı model əsasında inkişaf etdirməkdir. Müasir dövrün çağırışları göstərir ki, aqrar sektorun gələcəyi ekstensiv genişlənmədən deyil, mövcud resurslardan səmərəli və qənaətli istifadədən asılıdır. Əminəm ki, yeni Dövlət Proqramı çərçivəsində dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və dəyərli fermerlərin birgə səyləri nəticəsində qarşıya qoyulan hədəflərə nail olunacaq, regionun aqrar potensialı daha sürətlə reallaşdırılacaq və ölkəmizin ərzaq təhlükəsizliyi daha da möhkəmləndiriləcək", - deyə o qeyd edib.

44 - Tezliklə