AAYDA paytaxtın iki küçəsində yeni asfalt-beton örtüyü döşəyib

İnfrastruktur
  • 09 mart, 2022
  • 12:55
AAYDA paytaxtın iki küçəsində yeni asfalt-beton örtüyü döşəyib

Bakının Yasamal rayonun Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonunun Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1 800 kv.metr sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.metr sahəsində təmir işləri aparılıb. İşləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.