Bakının 14 qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılır
İnfrastruktur
- 31 oktyabr, 2019
- 08:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərsu” ASC Bakının Binəqədi rayonunun Binəqədi, Biləcəri, 28 may, Xəzər rayonunun Mərdəkan, Şüvəlan, Buzovna, Dübəndi, Pirallahı rayonunun Pirallahı, Sabunçu rayonunun Bilgəh, Maştağa, Sabunçu, Zabrat, Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrinin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderlərə yekun vurub.
“Report” xəbər verir ki, tenderlərin qalibləri “Protean Construction” ASC, “Araz İnşaatçı”, “Arko Təmir Tikinti Şirkəti”, “Express Xim Servis”, “Hidro İnşaat Servis”, “I and R Construction”, “Mühəndis Tikinti Layihə”, “Sənaye Tikinti” MMC-lər, və Türkiyənin “Eren İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin yerli filialı olub.
Qalib şirkətlərə ümumilikdə 12 436 025 manat ödəniləcək.
| № | Rayon | Qəsəbə | Qalib şirkət | Ödəniləcək məbləğ (manat) |
| 1 | Binəqədi | Binəqədi | “Protean Construction” ASC | 987 000 |
| 2 | Binəqədi | Biləcəri | “Protean Construction” ASC | 789 600 |
| 3 | Binəqədi | 28 may | “Sənaye Tikinti” MMC | 789 600 |
| 4 | Xəzər | Mərdəkan | “Arko Təmir Tikinti Şirkəti” MMC | 1 283 100 |
| 5 | Xəzər | Şüvəlan | “Eren İnşaat Sanayi ve Ticaret” AŞ | 2 270 100 |
| 6 | Xəzər | Buzovna | “Hidro İnşaat Servis” MMC | 789 600 |
| 7 | Xəzər | Dübəndi | “I and R Construction” MMC | 690 885 |
| 8 | Pirallahı | Pirallahı | “I and R Construction” MMC | 986 840 |
| 9 | Sabunçu | Bilgəh | “Hidro İnşaat Servis” MMC | 493 500 |
| 10 | Sabunçu | Maştağa | “Express Xim Servis” MMC | 789 600 |
| 12 | Sabunçu | Sabunçu | “Mühəndis Tikinti Layihə” MMC | 296 100 |
| 11 | Sabunçu | Zabrat | “Mühəndis Tikinti Layihə” MMC | 296 100 |
| 13 | Suraxanı | Əmircan | “Araz İnşaatçı” MMC | 987 000 |
| 14 | Suraxanı | Bülbülə | “Araz İnşaatçı” MMC | 987 000 |
| Cəmi | 12 436 025 |
Son xəbərlər
03:22
UEFA FIFA-dan İnfantinonun yeni şirkət yaratmaq təşəbbüsü ilə bağlı izahat tələb edib
Futbol
02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var
Digər ölkələr
02:11
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
Digər ölkələr
01:44
Foto
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
01:27
Yaponiya Marsın peyki Fobosdan torpaq nümunələri gətirmək üçün kosmik aparat buraxıb
Digər ölkələr
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət
23:58
Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Digər ölkələr