V Televiziya Muğam Müsabiqəsi başlanır
İncəsənət
- 13 yanvar, 2015
- 12:18
Bakı.13 yanvar. REPORT.AZ/ Yanvarın 16-dan V Televiziya Muğam Müsabiqəsinin seçim turları başlanır.
Bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.
Əsası 2009-cu ildən qoyulan Televiziya Muğam Müsabiqəsinin təşkilatçısı Heydər Əliyev Fondudur.
V Televiziya Muğam Müsabiqəsinin münsiflər heyətinin tərkibi bu dəfə də dəyişilməz qalır. Münsiflər heyətinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov və Nadir Axundov daxildir.
Qeyd edək ki, yanvarın 16, 17 və 18-də, ümumilikdə 3 gün davam edəcək seçim turlarından sonra finala çıxan 20 gənc xanəndə müsabiqəyə buraxılacaq.
Son xəbərlər
11:43
Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
Xarici siyasət11:30
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
Xarici siyasət11:19
Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
Digər ölkələr11:12
"Aston Villa" Matteo Rucerini transfer etmək niyyətindədir
Futbol10:59
Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
Region10:38
Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
Xarici siyasət10:29
"Inter Mayami" Neymarı heyətinə qatmaq istəyir
Futbol10:06
ABŞ-də Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
Fərdi10:04