Azərbaycanın bir neçə tarixi və mədəniyyət abidələrində təmir-bərpa işləri aparılacaq

İncəsənət
  • 26 iyul, 2019
  • 15:54
Azərbaycanın bir neçə tarixi və mədəniyyət abidələrində təmir-bərpa işləri aparılacaq

Azərbaycanın bir neçə tarixi və mədəniyyət abidələrində təmir-bərpa işləri aparılacaq.

"Report"un xəbərinə görə, bununla bağlı AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi tarixi və mədəniyyət abidələrinin bərpası üzrə hazırlanmış layihələrə baxılması və rəyinin bildirilməsi üçün Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutuna dəvət olunub.

Görüş zamanı Qobustan rayonu, Mərəzə qəsəbəsindəki “Diri Baba” türbəsinin, Hacıqabul rayonundakı “Pir Hüseyn” xanəgahının və Gəncə şəhərindəki “Tatlar” məscidinin layihələrinə baxılıb və müzakirələr aparılıb.

44 - Tezliklə