Rus Dram Teatrının yeni saytı hazırlanır

İncəsənət
  • 04 sentyabr, 2015
  • 12:13
Rus Dram Teatrının yeni saytı hazırlanır

Bakı. 4 sentyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrı 95-ci teatr mövsümünü sentyabrın 18-də "Şəhrizadın daha bir gecəsi" tamaşası ilə açacaq.

"Report" xəbər verir ki, tamaşanın rejissoru, xalq artisti İranə Tağızadədir.

Bu mövsüm teatrın yeni saytı da fəaliyyətə başlayacaq və dizayn, eləcə də texniki göstəricilər baxımından əvvəlkindən fərqlənəcək.

Yeni saytda teatr haqqında mətbuatda dərc edilən ən maraqlı yazılar, tamaşaların fotoları və videoları, aktyorların, həmçinin rejissorların şəxsi məlumatları, yaradıcılıqları haqqında ətraflı məlumatlar təqdim ediləcək. Saytda sual-cavab bölməsi də olacaq.