Rüfət Şahbazov: Seriallarda ailə-məişət mövzularının çox olmasını qınamıram, çünki reytinq lazımdır

İncəsənət
  • 13 noyabr, 2025
  • 14:57
Rüfət Şahbazov: Seriallarda ailə-məişət mövzularının çox olmasını qınamıram, çünki reytinq lazımdır

Rejissor Rüfət Şahbazov seriallarda ancaq ailə-məişət mövzuları ilə bağlı həmin serialı çəkən yaradıcı heyəti qınamadığını bildirib və vurğulayıb ki, bu reytinqə bağlıdır, belə reytinq olmasa, serial bağlanacaq.

"Report"a müsahibəsində rejissor qeyd edib ki, serial üçün maliyyə və zaman çox əhəmiyyətlidir.

"Bu ikisi olarsa, iş daha yaxşı alınacaq. Təsəvvür edin, heyət bir serial üçün gün ərzində 20-30 epizod çəkməlidir. Buna görə də ssenarilərin üzərində işləməyə vaxt olmur. Məsələn, beş günə beş seriya yox, üç seriya çəkilsə, nisbətən daha yaxşı alınar. Aydın məsələdir ki, həftədə bir dəfə efirə gedən serialla gündəlik serial arasındakı keyfiyyət fərqi dərhal görünəcək. 10-12 seriyalıq serialların üzərində işləmək üçün aylarla vaxt olur, amma gündəlik seriallarda belə deyil", - o deyib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti