"Rənglərin Festivalı” adlı sərgi keçiriləcək

İncəsənət
  • 01 may, 2018
  • 08:17
Rənglərin Festivalı” adlı sərgi keçiriləcək
Mct.gov.az

Bakı. 1 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Rənglərin Festivalı” adlı sərgi keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirin təşkilatçıları “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu və “Atəşgah Art Centre”dir.

Mayın 5-də saat 12:00-da başlayacaq sərgidə sənətkarlara dəstək məqsədi ilə “Sənətkarlıq yarmarka”sı təşkil olunacaq. Yarmarkada  Bakıda işləyən və regionlardan gələn 80-ə yaxın sənətkarın əl işləri nümayiş etdiriləcək. 

Tədbirdə “AyArt Studio”nun 100-dən yuxarı rəsm əsərləri sərgilənəcək. Azərbaycan xalq sənət inciləri həm turistlərə, həm də yerli əhaliyə təqdim olunacaq.

44 - Tezliklə