Milli Azərbaycan Tarixi Muzeyinə Əfqanıstan xalçası hədiyyə olunub

İncəsənət
  • 03 aprel, 2018
  • 06:48
Milli Azərbaycan Tarixi Muzeyinə Əfqanıstan xalçası hədiyyə olunub

Bakı. 3 aprel. REPORT.AZ/ İsraildə yaşayan həmyerlimiz Rauf Şalikoyeviç Zarbailov Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib. 

AMEA-nın mətbuat xidmətindən "Report"a bildirilib ki, 20-ci əsrə aid bu xalça muzeyin Etnoqrafiya Fonduna təhvil verilib.

Maddi-mədəniyyət nümunəsi Şərq kolleksiyasının zənginləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.

44 filmi