Məşhur modelyer 98 yaşında vəfat edib
İncəsənət
- 27 noyabr, 2022
- 00:41
Modelyer Renato Balestra 98 yaşında İtaliyanın paytaxtı Romada vəfat edib.
“Report” xəbər verir ki, bu barədə noyabrın 26-da “La Repubblica” qəzeti onun yaxınlarına istinadən məlumat yayıb.
Dəfn mərasimi noyabrın 29-da paytaxtın Santa-Maria-del-Popolo kilsəsində baş tutacaq.
Balestra 1924-cü ildə Triestdə anadan olub. 1954-cü ildə Romada işləməyə, dörd il sonra isə kolleksiyalarını ABŞ-da sərgiləməyə başlayıb. 1959-cu ildə modelyer Romada ilk atelyesini açıb.
Onun moda evinin kolleksiyaları müntəzəm olaraq İtaliya Moda Palatası tərəfindən 1998-ci ildən keçirilən ənənəvi Roma “Alta Roma – alta moda” nümayişlərində təqdim olunurdu.
Son xəbərlər
18:50
Azərbaycanın Bolqarıstandakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib
Xarici siyasət18:50
Kəngərlidə avtomobil aşıb, bir nəfər ölüb
Hadisə18:47
Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
Ekologiya18:37
Foto
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət edib
Mədəniyyət siyasəti18:23
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Digər ölkələr18:16
Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
Xarici siyasət18:01
Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib
Xarici siyasət17:48
İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam
Formula 117:47