Məşhur blüz ifaçısı vəfat edib
İncəsənət
- 15 may, 2015
- 06:34
Bakı. 15 may. REPORT.AZ/ ABŞ-ın məşhur blüz ifaçısı Bi Bi Kinq vəfat edib. "Report" xəbər verir ki, bu haqda "ABCNews" məlumat yayıb.
Xəbərə görə, məşhur blüz ifaçısı 89 yaşında dünyasını dəyişib. Bir müddət öncə o, şəkər xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Rayli Bi Kinq 1925-ci il sentyabrın 16-da Missisipi ştatının İtta Bene qəsəbəsində dünyaya gəlib. O, musiqi karyerasına 1948-ci ildə başlayıb. Bi Bi Kinq bəstəkar, gitara ifaçısı, müğənni idi. 2011-ci ildə "Rolling Stone" jurnalının keçirdiyi "Bütün dövrlərin ən yaxşı 100 gitaraçısı" sorğusunda o, 6-cı olmuşdu. Musiqisi və ifasını sevənlər onu "blüz kral"ı adlandırırdı. Ötən illər ərzində Bi Bi Kinq özünü ən kamil blüz ifaçısı olaraq təsdiqləyib.
Son xəbərlər
09:49
Kristina Besman: "Qələbə qazanmaq üçün sona qədər mübarizə apardıq"
Komanda09:39
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında daha iki qarşılaşma keçiriləcək
Komanda09:38
Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub
İKT09:31
Foto
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
Elm və təhsil09:26
Foto
Daşkənddə Beynəlxalq İslam sivilizasiyası mediaforumu işə başlayıb
Xarici siyasət09:24
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
Energetika09:21
Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb
Region09:20
Tramp ABŞ tarixində ən böyük viza ləğvinə hazırlaşır
Digər ölkələr09:20