Makedoniyanın birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyində olub

İncəsənət
  • 15 mart, 2017
  • 15:45
Makedoniyanın birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyində olub
courtesy image

Bakı. 15 mart. REPORT.AZ/ Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı olub. 

Muzeydən "Report"a verilən məlumata görə, muzeyin direktoru Şirin Məlikova xanım İvanovanı Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış edib.

Sonda qonağa muzeyin yeni nəşri olan, “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı hədiyyə olunub.

44 - Tezliklə