Kino Agentliyinin Baş direktoru: Azərbaycanda animasiya sahəsində vəziyyət qaneedici deyil

İncəsənət
  • 10 oktyabr, 2025
  • 17:44
Kino Agentliyinin Baş direktoru: Azərbaycanda animasiya sahəsində vəziyyət qaneedici deyil
Rəşad Əzizov

Azərbaycanda animasiya sahəsində vəziyyət hələ tam qaneedici deyil.

Bunu "Report"a müsahibəsində Kino Agentliyin Baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, animasiya sahəsi Kino Agentliyi üçün vacib prioritet istiqamətlərdən biridir.

"Sözün düzü, etiraf eləmək lazımdır ki, bu sahədə vəziyyət hələ tam qaneedici deyil, amma son illər müəyyən canlanma müşahidə olunur. İstər müsabiqələr vasitəsilə, istərsə də dövlət sifarişi əsasında dəstəklənən animasiya layihələrinin sayı artıb. Gənc rejissorların təşəbbüsləri görünməyə başlayıb və bu gələcək üçün ümidvericidir. Bizim məqsədimiz həm istehsal keyfiyyətini artırmaq, həm də peşəkar kadr potensialını gücləndirməkdir", - baş direktor bildirib.

Rəşad Əzizov bu istiqamətdə yeni layihələrdən də danışıb.

"Ən vacib layihələrdən biri isə "ATA" - türk ölkələrin animasiya studiyaların birgə fəaliyyət platformalasını yaradılmasıdır. Bu platforma çərçivəsində birgə istehsalat, insan kapitalının formalaşması və ən əsası distribusiya üçün vahid bazarın formalaşması kimi hədəflər dayanır. Bu ilin dekabrında keçiriləcək "Bakı Sinema Briz" festivalı çərçivəsində bu məqsədlərlə böyük kino marketi və ATA uşaq animasiya festivalı təşkil olunacaq".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti