Habil Əliyevin xatirə gecəsi keçiriləcək

İncəsənət
  • 02 noyabr, 2015
  • 07:18
Habil Əliyevin xatirə gecəsi keçiriləcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustadı, Azərbaycanın xalq artisti Habil Əliyevin xatirə gecəsi keçiriləcək.

Bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Xatirə gecəsi noyabrın 13-də saat 19.00-da keçiriləcək.

Mərasimdə Habil Əliyevin sənət dostları, ailə üzvləri, elm və mədəniyyət xadimləri iştirak edəcək. 

Xatırladaq ki, Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib.