“Gəncliyin səsi” festivalı keçiriləcək
- 26 yanvar, 2018
- 15:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi fevralın 2-dən 6-dək “Gəncliyin səsi” festivalını keçirəcək.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.
2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.
“Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.
Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.
Festival çərçivəsində keçiriləcək tədbirlər:
2 fevral, saat – 11:00
Festivalın açılışı - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
3 fevral, saat – 12:00
Gənc yazarlarla görüş - M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
3 fevral, saat – 14:00
Prezident təqaüdçülərinin konserti, Gənclərin rəsm əsərlərindən ibarət sərgi - Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi
3 fevral, saat – 15:00
Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi, Gənclərin fotoəsərlərindən ibarət sərgi - Masallı “Asan həyat” Kompleksi
3 fevral, saat – 16:00
“ASAN Könüllüləri”nin təqdimatında “Kölgə” tamaşasının premyerası - Mingəçevir Dövlət Dram Teatrı
5 fevral, saat – 15:00
Gənc aşıqların konserti - Gədəbəy Aşıq Məktəbi
5 fevral, saat – 16:00
Gənc yazarlarla görüş - Şəmkir rayon Mədəniyyət Mərkəzi
5 fevral, saat – 15:00
Gənc rejissorlarla görüş və onların filmlərinin nümayişi, Gənclərin fotoəsərlərindən ibarət sərgi - Quba “Asan həyat” Kompleksi
6 fevral, saat – 19:00
“ASAN Könüllüləri”nin təqdimatında “Bankir adaxlı” tamaşasının premyerası - Azərbaycan Dövlət Musiqili Teatrı