Bakıda “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək

İncəsənət
  • 14 iyul, 2015
  • 12:24
Bakıda “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək

Bakı. 14 iyul. REPORT.AZ/ Noyabrın 15-dən 20-dək Bakıda “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, bunu A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Onun sözlərinə görə, payızda Bakıda keçiriləcək festivalda dünyanın aparıcı kukla teatrları və mütəxəssisləri iştirak edəcək. 

Xatırladaq ki, "Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə keçirilir.