Çinin "Mango" televiziyası “Eurovision”un yayım hüququndan məhrum edilib

İncəsənət
  • 11 may, 2018
  • 10:48
Çinin Mango televiziyası “Eurovision”un yayım hüququndan məhrum edilib

Bakı. 11 may. REPORT.AZ/ Avropa Yayım Birliyi Çinin "Mango" televiziyasını “Eurovision” mahnı müsabiqəsinin yayımı hüququndan məhrum edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, buna televiziyanın müsabiqənin mayın 9-da keçirilən ilk yarıfinalına senzura tətbiq etməsi səbəb olub. 

Belə ki, "Mango" TV müsabiqənin yayımı zamanı ekranda LGBT təşkilatının bayraqlarının üzərini örtüb. Bununla yanaşı, musiqiçilərin tatusu olduğuna görə, Albaniya təmsilçisi Eugent Bushpepanın çıxışı yayımlamayıb. Həmçinin aktyorların iki kişi arasındakı romantik münasibəti əks etdirdiyi üçün İrlandiyalı ifaçı Ryan O’Shaughnessyin də çıxışı efirə verilməyib. 

Təşkilat həmçinin "Mango" TV-nin müsabiqənin qalan hissəsini yayımlaya bilməyəcəyini açıqlayıb.

Çinin "Mango" televiziyası “Eurovision”un yayım hüququndan məhrum edilib
Çinin "Mango" televiziyası “Eurovision”un yayım hüququndan məhrum edilib

44 - Tezliklə