Birinci uşaq rəqs festivalı başa çatıb
- 18 noyabr, 2025
- 22:16
Birinci uşaq rəqs festivalı başa çatıb.
"Report"un məlumatına görə, festivalda qeydiyyatdan keçən 28 komandanın 23 komandası aktiv iştirakçı, 5 komanda isə qonaq kimi səhnəyə çıxıb.
Uşaqlar milli və müasir rəqslərdən ibarət proqram təqdim ediblər.
Festivalın sonunda qaliblərə sertifikatlar, diplomlar, mükafatlar və xüsusi hədiyyələr təqdim olunub.
6-9 yaş qrupu üzrə qaliblər;
I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi,
II yer – İnci Sənət Akademiyası,
III yer – İnci Sənət Akademiyası.
10–14 yaş qrupu üzrə qaliblər;
I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi,
II yer – 4 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi,
III yer – "Nərgiz" rəqs qrupu.
Qeyd edək ki, festival Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil, Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunub.