Azərbaycanın əməkdar rəssamının ABŞ-da sərgisi keçiriləcək

İncəsənət
  • 17 noyabr, 2015
  • 06:48
Azərbaycanın əməkdar rəssamının ABŞ-da sərgisi keçiriləcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun ABŞ-da fərdi sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgi noyabrın 24-də Nyu-Yorkdakı "Azərbaycan Evi"ndə açılacaq. 

Sərginin məqsədi Bakı və Nyu-York arasında dostluq körpüsünün qurulmasıdır.

"Bakı-İçərişəhər rəsmlərdə" adlanan sərgidə əməkdar rəssamın Bakıya, İçərişəhərə həsr etdiyi rəsmləri nümayiş etdiriləcək.

Xatırladaq ki, məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olub. 1996-cı ildə Akademik Milli Dram Teatrının quruluşçu rəssamı, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışıb.

O, Akademik Teatrda İ.Əfəndiyevin "Hökmdar və qızı" , B.Vahabzadənin "Özümüzü kəsən qılınc" (Göytürklər), "Dar ağacı", Ə.Əmirlinin "Köhnə ev", "Varlı qadın" və s., Musiqili Teatrda Ü.Hacıbəylinin "O olmasın, bu olsun" və başqa tamaşalara səhnə tərtibatı verib.