"Azərbaycanfilm" kinostudiyasının əməkdaşı dünyasını dəyişib

İncəsənət
  • 05 noyabr, 2015
  • 10:33
Azərbaycanfilm kinostudiyasının əməkdaşı dünyasını dəyişib

Bakı. 5 noyabr. REPORT.AZ/ C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının əməkdaşı dünyasını dəyişib.

"Report" xəbər verir ki, kinostudiyanın əməkdaşı, işıq ustası Əliağa İbrahimov noyabrın 4-də ürək tutmasından vəfat edib.

Mərhum dünən dəfn olunub.

Əliağa İbrahimov 1955-ci ildə Bakıda anadan olub. 1976-cı ildən bu günədək ömrünü "Azərbaycanfilm" kinostudiyasına bağlayıb. Təcrübəli kino işçisi kimi tanınan Əliağa Məmmədov "Fətəli xan", "Babək", "İstanbul reysi" "Xeyirlə şərin rəqsi" və s. filmlərin işıq ustası olub.

44 - Tezliklə