Akademik Milli Dram Teatrında "Xanuma” tamaşası göstərilib
- 05 dekabr, 2016
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında hazırlanan səhnə əsərində hadisələr XIX əsrdə Tiflisdə cərəyan edir.
Müflisləşən knyaz borclarını qaytarmaq, evlənmək istəyir və səhnə əsərindəki hadisələr də ssenari üzərində qurulub.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, Vokal üzrə repetitor Zeynab Safinadır. Səhnə əsərini Dilbər İsmayılova idarə edib.
Səhnə əsərində əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edib.