Ağdam teatrı "Ər və arvad" tamaşasını hazırlayacaq

İncəsənət
  • 24 sentyabr, 2015
  • 08:55
Ağdam teatrı Ər və arvad tamaşasını hazırlayacaq

Bakı. 24 sentyabr. REPORT.AZ/ Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 2016-cı ildə dahi Üzeyir bəy Hacıbəylinin "Ər və arvad" musiqili operettasını hazırlayacaq.

Bu barədə "Report"a teatrın baş rejissoru Sərvər Əliyev məlumat verib.

"Bu mövsümdə Ağdam teatrı Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" , Şarl Peronun "Sehrbaz qadın" tamaşalarını nümayiş etdirəcək. Həmçinin, teatrımız dahi Üzeyir bəy Hacıbəylinin 130 illiyi münasibətilə "Ər və arvad" operettasını səhnəyə qoyacaq. Bu tamaşanın 2016-cı ilin yanvarında hazırlanması nəzərdə tutulub."

Qeyd edək ki, Agdam Dövlət Dram Teatrı Quzanlıda - cəbhə bölgəsində fəaliyyət göstərir.